waplog

“Apple” şirkəti “iPad Pro” planşetlərinin yeni nəslini təqdim edib


Yeni “iPad Pro” planşetləri “M1” prosessoru ilə təchiz edilib. İstehsalçı yaz təqdimatı çərçivəsində peşəkar planşet kompüterlərinin beşinci nəslini nümayiş etdirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, planşetlər praktik olaraq dəyişməyib. Böyük “iPad Pro” planşetinin matrisi ənənəvi OLED displeylərin çatışmazlıqlarından məhrum edilmiş “miniLED” adlı inqilabi texnologiyası ilə hazırlanıb. “Liquid Retina XDR” displeylərinin parlaqlığı 1000 nit təşkil edir.

 

İstehsalçının iddiasına görə, “Apple M1” prosessoru ilə təchiz edilmiş planşetlər bazarda ən sürətli cihazdır və hesablama gücünə görə hətta bir çox kompüterləri geridə qoyur. Daşıyıcının maksimal həcmi 2 TB təşkil edəcək, “USB-C” portu isə “Thunderbolt 4” texnologiyasını dəstəkləyəcək.

 

Beşinci nəsil “iPad Pro” planşetləri beşinci nəsil mobil şəbəkələrində işi dəstəkləyən versiyaya malik olacaq. Digər bir yenilik yeni 12 mp-lik ön kameradır.

 

Yeni nəsil planşetlərin satışına mayda başlanılacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL