waplog

“Instagram”da yeni funksiya əlçatan olacaq


“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksiya əlçatan olacaq. Yeni funksiya istəkdən asılı olaraq aktivləşdirilə bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin nümayəndəsi izah edib ki, yeni funksiyanın alqoritmi istifadəçilərə təhqiramiz sözlər və ifadələrdən ibarət mesaj sorğularını avtomatik gizlətməyə imkan verir. "Bu alət şəxsi mesajlara sorğular üçün nəzərdə tutulub, çünki məhz bu bölmədə istifadəçilər adətən təhqiramiz mesajlar alırlar" – “Instagram”ın nümayəndələri qeyd ediblər.

 

Məlumata görə, filtrasiya istifadəçi postlarının altında yazılan şərhlərin filtrinə uyğun şəkildə işləyəcək. Məhdudiyyətlər məxfilik sazlamalarındakı yeni xüsusi bölmə vasitəsilə həm aktiv, həm də deaktiv edilə biləcək. Şirkət bu funksiyanın artıq bir neçə ölkədə tətbiqinə başlanıldığını bildirib və yaxın aylarda sözügedən funskiya digər ölkələr üçün də əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL