waplog

“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək


“Samsung Electronics” şirkəti tərəfindən elan edilən “Galaxy Upcycling at Home” təşəbbüsü çərçivəsində bu brendin köhnə smartfonları “Əşyalar interneti”ndə istifadə məqsədilə uyğunlaşdırıla bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, hələ ki smartfonlar üçün iki istifadə variantı işlənib hazırlanıb. Məsələn, qapının döyülməsini və ya körpənin ağlamasını eşidən qurğu istifadəçinin aparatına xəbərdarlıq göndərə bilər. Yaxud işığın avtomatik idarə edilməsi üçün cihazdan işıqlandırma sensoru kimi istifadə edilə bilər. Smartfon və “ağıllı” əşyalar “Samsung SmartThings” ekosisteminə qoşulacaq.

 

Proqram yalnız 2019-cu ildə təqdim edilmiş “Galaxy S”, “Note” və “Z” seriyalarının smartfonlarını dəstəkləyir. Şirkətdən bildirilib ki, “Galaxy Upcycling at Home” təşəbbüsü telefonun akkumulyatorunun uzunmüddətli işi üçün optimallaşdırılıb.

 

Xidmətin beta-versiyası ABŞ, Böyük Britaniya və Cənubi Koreyada işləyir, daha sonra proqram digər ölkələrdə əlçatan olacaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL