waplog

Yeni “Google Pixel 5a” smartfonu köhnəlmiş prosessorla təchiz ediləcək


Ucuz “Google Pixel” smartfonlar seriyasının gözlənilən yenilənməsi köhnəlmiş aparat platforması üzərində qurulacaq. Bu barədə “9to5Google” portalı məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, “Pixel 5a 5G” smartfonunun məhsuldarlığına eyhamın vurulması “Android 12 Developer Preview 3” kodunda aşkarlanıb. Smartfona “Qualcomm Snapdragon 765G” prosessoru quraşdırılacaq.

 

Məlumata görə, 2019-cu ildə təqdim edilən bu çip “Pixel 5” və “Pixel 4a 5G” smartfonlarına quraşdırılıb. Bu seçim onunla izah edilir ki, “Google” şirkəti bütün elektronika istehsalçılarının qarşılaşdığı qlobal mikrosxem çatışmazlığı şəraitində yeni qurğunun qiymətini saxlamağa çalışır.

 

Qiyməti açıqlanmayan “Google Pixel 5a” smartfonunun təqdimatı 2021-ci ilin payızına planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL