waplog

“Samsung Galaxy Z Fold” əmtəə nişanı qatlanan planşet üçün qeydiyyatdan keçib


Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Z Fold” əmtəə nişanının qeydiyyata alınması üçün Avropa İttifaqının Əqli Mülkiyyət İdarəsinə (European Union Intellectual Property Office, EUIPO) müraciət edib. Bu barədə “LetsGoDigital” resursu məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, ötən il “Samsung” tərəfindən elastik displeylə təchiz edilən “Galaxy Z Fold 2” və “Galaxy Z Flip” smartfonları buraxılıb. 2021-ci ildə isə “Galaxy Z Fold 3” və “Galaxy Z Flip 3” modellərinin buraxılışı gözlənilir.

 

Məlumata görə, Avropada qeydə alınan “Galaxy Z Fold” əmtəə nişanı smartfon və planşetlərdə istifadə oluna bilər. Müşahidəçilərin fikrincə, “Samsung” nişanı məhz planşetlər üçün əldə etmək niyyətindədir.

 

Qeyd olunur ki, yeni seriyada ilk qurğu eyni anda iki yerdən qatlanan böyük elastik ekranlı qurğu ola bilər.

 

Resursun məlumatına görə, “Galaxy Z Fold” əmtəə nişanı premium səviyyəyə aid yeni sinif elastik planşetlərin göstərilməsi üçün “Tab” prefiksi ilə birlikdə tətbiq ediləcək. Bu halda seriyanın ilk nümayəndəsi “Galaxy Z Fold Tab” modelinin olacağı ehtimal edilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL