waplog

“Huawei Nova 8 Pro 4G” smartfonu 120 giqaherslik ekranla təchiz edilib


"Huawei" şirkəti orta səviyyəli "Nova 8 Pro 4G" smartfonunu nümayiş etdirib. Adından da göründüyü kimi, qurğu dördüncü nəsil mobil şəbəkələr üçün hesablanıb, "5G" dəstəyi isə nəzərdə tutulmayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, smartfon 6,72 düym diaqonallı böyük "Full HD " (2676 × 1236 piksel) displeylə təchiz edilib. Ekran 120 giqaherslik tezlik yeniləməsinə, 300 giqaherslik sensor qatı reaksiyasına və quraşdırılmış barmaq izi skanerinə malikdir.

 

Ekranın yuxarı sol küncündə yerləşən uzunsov kəsikdə 32 və 16 milyon pikselli sensorlara malik qoşa ön kamera quraşdırılıb. Arxa kamera dörd komponentli dizaynda hazırlanıb: 64 meqapikselli əsas sensor 8 meqapikselli enlibucaqlı blok, 2 meqapikselli makromodul və 2 meqapikselli dərinlik sensoru ilə tamamlanıb.

 

Hesablama yükünü 8 giqabaytlıq operativ yaddaşla birlikdə işləyən "Kirin 985" prosessoru yerinə yetirir. Fləş toplayıcının tutumu 128 və 256 giqabayt təşkil edə bilər.

 

Bundan başqa, "USB Type-C" portu vasitəsilə 66 vatlıq sürətli enerjidoldurmaya malik 4 min milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. Enerjinin 60 faizini 15 dəqiqəyə, tam isə 35 dəqiqəyə doldurmaq mümkündür.

 

Həmçinin "Wi-Fi 802.11a/b/g/n/ac/ax" və "Bluetooth 5.2" adapterləri, "NFC" kontrolleri mövcuddur. Qabaritlər 163,32 × 74,08 × 7,85 millimetr, çəki 184 qram təşkil edir. Qiymət açıqlanmır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL