waplog

“Lenovo” böyükhəcmli akkumulyatora və NFC texnologiyasına malik ucuz smartfonunu təqdim edib


Çinin "Lenovo" şirkəti böyükhəcmli akkumulyatora malik ucuz " Moto G20" smartfonunu təqdim edib. Qiyməti 150 avro təşkil edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Moto G20" cihazı 1600x720 piksel təsvir ölçülü 6,5 düymlük displeylə təchiz edilib. Displeyin yeniləmə tezliyi 90 Hs təşkil edir. Smartfon 8 nüvəli "Unisoc T700" prosessoru və 850 MHs takt tezlikli "Arm Mali-G52" video qrafik kartı ilə təchiz edilib. "Android 11" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən "Moto G20" aparatı 4 QB əməli yaddaş və 64 QB daxili yaddaşla təchiz edilib.

 

48, 8, 2 və 2 mp-lik təsvir ölçülü 4 modullu kameraya malik "Moto G20" cihazına, həmçinin 13 mp-lik selfi kamera quraşdırılıb. Bundan başqa, cihaz 5000 milliamper/saat tutumunda akkumulyator, "NFC" texnologiyası, "USB-C" portu ilə təchiz edilib və "IP52" standartına uyğun olaraq suya davamlıdır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL