waplog

Kanadada qunduzlar sakinləri internetə çıxışdan məhrum ediblər


Kanadanın “Telus” telekommunikasiya şirkəti qeyri-adi hadisənin baş verməsini açıqlayıb. Belə ki, yerli qunduzların fiber-optik kabeli gəmirərək zədələməsi nəticəsində 900 abunəçi internetə çıxış imkanından məhrum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, kabelin bir neçə yerdən zədələnməsi nəticəsində internet şənbə günü saat təxminən 04:00-da kəsilib və bazar günü saat 15:30-da tam bərpa edilib.

 

Hadisə yerinin yaxınlığında çəkilən fotoşəkilə görə, qunduzlar özlərinə yuva tikmək üçün materiallar axtarıblar. Onlar liflərin nişanlanması üçün istifadə olunan lenti yuvanın bir hissəsi kimi istifadə ediblər. Qeyd edək ki, adətən bu lent yerin bir neçə metr dərinliyinə basdırılır.

 

Provayder nümayəndələri qeyd edib ki, ərazidə mobil rabitə kabel tam təmir olunanadək stabil olmayacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL