waplog

“Nokia” şirkəti maksimal texniki xüsusiyyətlərə malik smartfon hazırlayır


"Nokia" brendinə sahib olan "HMD" şirkəti "X50" adlı qabaqcıl smartfonunu təqdim etməyə hazırlaşır. Bu barədə "Nokiapoweruser" portalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, smartfonun dizaynı gizli saxlanılır, lakin o, "X" seriyasının son yenilikləri ilə eyni tərzdə hazırlanacaq. İnsayderlərin məlumatına görə, cihaz elan edilməmiş "Snapdragon 775" platforması ilə təchiz ediləcək. Prosessor 5 nm-lik texnoloji proses üzrə hazırlanacaq. "Nokia X50" qurğusu, həmçinin beşinci nəsil mobil şəbəkələrini dəstəkləyəcək.

 

Yeni aparatın kamera modulunda 5 sensor olacaq. Əsas 108 meqapiksellik sensor "Zeiss" şirkətinin optikası ilə işləyəcək. Digər sensorlar arasında teleobyektiv, genişbucaqlı kamera, makro və dərinlik sensoru var.

 

Smartfon 120 hers yeniləmə tezlikli və QHD təsvir ölçülü displeyə malikdir. 2021-ci ilin üçüncü rübündə təqdim ediləcək "Nokia X50" aparatının qiyməti hələ məlum deyil.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL