waplog

“Apple” rəqabəti pozmaqda ittiham edilib


Almaniya biznesi “Apple” şirkətini bazardan sui-istifadədə və rəqabət haqqında qanunu pozmaqda ittiham edib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, KİV, internet korporasiyaları və reklam agentliklərinin nümayəndələri Almaniya Federal Kartel İdarəsinə (Federal Cartel Office, FCO) ərizə ilə müraciət ediblər. Sənəd tərtibatçılarının fikrincə, “iPhone” smartfonunda yeni məxfilik quraşdırmaları “Apple” tərəfindən bazardan sui-istifadədir və rəqabət haqqında qanunun pozulmasıdır. Bəyanata görə, birtərəfli tədbirlər nəticəsində ABŞ istehsalçısı faktiki olaraq kənar şirkətləri “iOS” əməliyyat sistemi istifadəçilərinin kommersiya baxımından əhəmiyyətli məlumatlarını emal etmək imkanından məhrum edir.

 

Jurnalistlər qeyd edib ki, ABŞ İT korporasiyasına qarşı şikayət “Apple” şirkəti tərəfindən “iPhone” smartfonunda məxfilik quraşdırmalarının dəyişdirilməsi ilə bağlı qəbul edilən qərar fonunda verilib. Şirkət rəhbərliyinin fikrincə, istifadəçilər mobil əlavələr tərəfindən reklam məqsədilə məlumatların toplanılmasını məhdudlaşdıra bilərlər.

 

Şikayətə reaksiya verən “Apple” nümayəndələri bildiriblər ki, yeni “iOS 14” sazlamaları insan hüquqları nəzərə alınmaqla tətbiq edilib və istifadəçilərin məxfiliyinin qorunması üçün nəzərdə tutulub.

 

Jurnalistlər əlavə edib ki, bir müddət əvvəl “Apple” şirkətinə qarşı oxşar şikayət Fransanın tənzimləyici orqanlarına göndərilsə də, rədd edilib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL