waplog

Dünyada ən nüfuzlu şirkətlərin siyahısı dərc edilib


"Time" jurnalı tərəfindən tərtib edilmiş dünyanın ən nüfuzlu şirkətlərinin reytinqinə 100 təşkilat daxil edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, müəlliflər reytinqə gələcəyi müəyyənləşdirən şirkətləri əlavə ediblər. Reytinq bir neçə kateqoriyaya bölünüb. Məsələn, "Liderlər" adlı kateqoriyaya "Apple" və "Sony" kimi şirkətlər daxil edilib. Bundan başqa, bu kateqoriyada "Twitter" sosial şəbəkəsi, həmçinin "Pfizer", "BioNTech" və "Johnson & Johnson" əczaçılıq şirkətləri yer alıblar.

 

"İnnovatorlar" kateqoriyasına "Nintendo" oyun konsolları istehsalçısı, "Netflix" video xidməti, "Zoom" proqramı, populyar "Spotify" musiqi xidməti və "Epic Games" kompüter oyunları istehsalçısı daxil edilib. Bu kateqoriyada, həmçinin "Nvidia", "TikTok" və digərləri yer alıblar.

 

"Nəhənglər" kateqoriyasına "AliExpress" şirkəti, "Facebook" sosial şəbəkəsi, "Disney", "Google", "Microsoft", "Samsung", "Amazon" və digərləri daxil ediliblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL