waplog

“Windows” istifadəçilərinin sayı açıqlanıb


“Windows 10” əməliyyat sisteminin quraşdırmalarının sayı 1,3 milyarda yaxınlaşıb. Bu haqda “Microsoft”un saytında məlumat verilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, 2021-ci ilin birinci rübü üzrə hesabata əsasən, “Microsoft”un ümumi mənfəəti 19% yüksələrək 41,7 milyard dollar olub. Şirkətin xalis mənfəəti 44% artaraq 15,5 milyard təşkil edib. Həmçinin hesabatda bildirilir ki, “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən aktiv fərdi kompüterlərin sayı 1,3 milyarda çatıb. Korporasiyanın nümayəndələrinin sözlərinə görə, artım koronavirus pandemiyası və istehlakçıların yeni məhsuldar kompüterlərə ehtiyacı ilə izah edilir. Həmçinin 2020-ci ilin əvvəlində populyar “Windows 7” sisteminin dəstəyi dayandırılıb və istifadəçilərin bir hissəsi daha məhsuldar fərdi kompüter axtarıb.

 

“Microsoft”un nümayəndələri 2020-ci ilin martında “Windows 10” sisteminin 1 milyard aktiv qurğuda quraşdırıldığını bildirmişdilər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL