waplog

Mobil oyunçular üçün “Xiaomi” smartfonu nümayiş olunub


Çinin “Xiaomi” şirkətinin “Redmi” bölməsi yeni “K40 Gaming Edition” smartfonunu təqdim etdirib. Onlayn təqdimat çərçivəsində nümayiş olunan qurğu mobil oyun həvəskarları üçün nəzərdə tutulub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, smartfon formal olaraq “K40” qurğusunun versiyası olsa da, digər platforma – 6 nanometrlik “MediaTek Dimensity 1200 5G” prosessoru üzərində qurulub. 6,43 düymlük “OLED” ekran görüntünü 120 giqahers tezliyində yeniləyir. Sensor qatının diskretləşdirməsi 480 giqahers təşkil edir ki, bu da oyun həvəskarlarına oyunlarda maksimum reaksiya üçün tələb olunur.

 

“Redmi K40 Gaming Edition” oyunlarda tələb olunacaq ayrıca “trigger” düymələri ilə təchiz edilib. Smartfon bir neçə kameraya malikdir: 64 meqapikselli əsas, 8 meqapikselli enlibucaqlı və 2 meqapikselli makrosensor. Kamera modulunun ətrafı işıq diodlu zolaqla bəzədilib.

 

Avtonomluğa 67 vatlıq sürətli enerjidoldurma dəstəyinə malik 5065 milliamper/saat tutumlu batareya cavabdehlik daşıyır. İstehsalçı nümayəndələrinin sözlərinə görə, komplekt blok enerjini 42 dəqiqəyə doldurur. Smartfon dəstinə oyun zamanı smartfondan istifadəyə mane olmayacaq künc ştekerinə malik “USB-C” kabeli daxildir.

 

“K40 Gaming Edition” smartfonunun əvvəlcə Çin bazarında satışa çıxarılması nəzərdə tutulur. 6/128 giqabaytlıq versiyanın qiyməti 2 200 yuan, 12/256 giqabaytlıq maksimal konfiqurasiyanın isə 2 700 yuan təşkil edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL