waplog

“Telegram”da videokonfranslar funksiyası istifadəyə veriləcək


“VKontakte” və “Telegram” şirkətlərinin təsisçisi Pavel Durov “Telegram” messencerində gözlənilən yeni vacib yenilik barədə açıqlama verib. Belə ki, artıq mayda “Telegram” messencerində videokonfranslar sistemi tətbiq ediləcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, hazırda “Telegram”da səsli ünsiyyət vasitələri dəstəyi mövcuddur. Onlarda iştirakçı sayına görə məhdudiyyət yoxdur – istənilən danışığı dünyada milyonlarla istifadəçi izləyə bilər.

 

Şirkət təsisçisi bildirib ki, videozənglərə gəldikdə, mayda səsli çatlara videoölçmə əlavə edilməklə “Telegram” qrup şəklində videozənglər üçün güclü platformaya çevriləcək.

 

“Telegram”da videokonfranslar üçün şifrləmə və səsin azaldılması kimi funksiyalar nəzərdə tutulub. Yeni alətdən smartfonlarla yanaşı, digər qurğularda – planşet və fərdi kompüterlərdə istifadə mümkün olacaq. P.Durovun sözlərinə görə, istifadəçilər sürətli iş və təhlükəsizliklə təmin ediləcək.

 

Əlavə edək ki, yanvarın əvvəlində aylıq aktiv “Telegram” istifadəçilərinin sayı 500 milyonu ötüb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL