waplog

“Samsung Galaxy Book Flex2” noutbuku 13,3 düymlük sensor ekranla təchiz edilib


“Samsung Electronics” şirkəti transformasiya edilən “Galaxy Book Flex2 Alpha” portativ kompüterini təqdim edib. 850 dollardan ilkin sifarişlərin qəbul olunduğu yeni qurğunun faktiki satışlarına mayın 14-dən etibarən başlamaq nəzərdə tutulur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, noutbuk planşetə çevrilmək üçün 360 dərəcə dönən 13,3 düymlük sensor ekranla təchiz edilib. Ekran 1920 × 1080 piksel (Full HD formatı) təsvir ölçüsünə və 600 kandel/kvadratmetr maksimal parlaqlığa malikdir.

 

Qurğunun əsasını “Intel Tiger Lake” aparat platforması təşkil edir. Məsələn, eyni anda 8 təlimat axını imkanına malik 4 nüvə ilə təchiz olunan “Core i7-1165G7” prosessoru tətbiq edilib. Takt tezliyi 2,8-4,7 giqahers arasında dəyişir.

 

Kompüter 16 giqabaytlıq operativ yaddaş və 512 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Bundan başqa, stereofonik dinamiklər (2 × 1,5 vatt), 720p formatlı veb-kamera, işıqlanan klaviatura və barmaq izi skaneri mövcuddur.

 

Simsiz şəbəkələrə qoşulmanı “Bluetooth 5.1” və “Wi-Fi 6” (802.11ax 2x2) kontrollerləri təmin edir. Mövcud interfeyslər arasında “HDMI”, “USB Type-C”, “USB 3.2” çıxışları və kombinə edilmiş audioçıxış sadalanır. Bundan başqa, “microSD” kartı üçün slot nəzərdə tutulub.

 

Noutbuka “Windows 10 Home” əməliyyat sistemi quraşdırılıb. Enerjini 54 vatt-saat tutumlu akkumulyator batareyası təmin edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL