İngiltərə və Hindistanda ucuz planşet
Britaniyanın “Raspberry Pi” şirkəti 25 dollar dəyərində olan mini-kompyuterlərin ticarət istehsalına başlamağa hazırdır.
Hal-hazırda istehsalçılar son testləri keçirirlər. Əgər testlər uğurla nəticələnsə, o zaman şirkət 2012-ci ilin yanvar ayında istehsala başlayacaq.
Mini-kompyuterin ilk partiyaları hərracda satılacaq. Sonra kompyuterin 25 və 35 dollar dəyərində olan 2 versiyası satışa çıxarılacaq. Birinci versiyada “Ethernet” portu yoxdur, yalnız 1 ədəd “USB” port var və 128 MB əməli yaddaş mövcuddur.
Qurğular, həmçinin 700 MHz takt tezliyində işləyən “ARM” prosessor, “SD” yaddaş kartı, “microUSB” və “HDMİ” portları ilə təchiz ediliblər, proqram bazası kimi “Linux” istifadə olunur.
Həmçinin, Hindistanda “Ubislate 7” ucuz planşetinə ilkin sifarişlərin qəbulu başlanıb,- “TechCrunch” yazıb. Model 7 düymlü 800x480 piksel kəskinlikli ekranla, 700 MHz takt tezlikli “Cortex A8” prosessoru, “Wi-Fi” modulu ilə təchiz edilib.
Əməli yaddaş tutumu 256 Mbaytdır. “USB 2.0” portu, 2 QB tutumunda daşıyıcı və “microSD” slotu var.“Ubislate 7” planşeti “Android 2.3” əməliyyat sistemi ilə işləyir və planşetin avtonom iş müddəti 3 saat təşkil edir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL