waplog

“Motorola Berlin” seriyalı smartfonlar 108 meqapikselli kamera ilə təchiz ediləcək


"Motorola" şirkəti tezliklə "Berlin" və "Berlin NA" kod adlı smartfonlar təqdim edəcək. Qurğular kommersiya bazarında "Edge" seriyasına daxil olacaq. Bu dəfə isə smartfonların kamera konfiqurasiyaları məlum olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, "Berlin" smartfonunun tərkibinə üçlü arxa kamera daxil olacaq. Onun əsas komponentini 108 milyon pikselli "Samsung S5KHM2" sensoru təşkil edəcək. Sensoru "OmniVision OV16A10" ötürücülü və enlibucaqlı optikaya malik 16 meqapikselli modul, eləcə də "OmniVision OV08A10" sensoru əsasında 8 meqapikselli blok tamamlayacaq.

 

"Berlin NA" modeli fərqli konfiqurasiyalı üçlü kamera ilə təchiz oluncaq. Bu, 108 meqapikselli "Samsung S5KHM2" sensoru, 8 meqapikselli "Samsung S5K4H7" sensorlu və enlibucaqlı optik blok, eləcə də səhnə dərinliyi haqqında məlumatın əldə edilməsi üçün 2 meqapikselli "OmniVision OV02B1B" sensorudur.

 

Yeni qurğuların ön hissəsində 32 meqapikselli "OmniVision OV32B40" sensoru əsasında modul yerləşəcək. Smartfonların digər xüsusiyyətləri hələlik açıqlanmır. Onların "Full HD " formatlı ekran və "5G" modeminin quraşdırıldığı prosessor ilə təchiz ediləcəyi ehtimal olunur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL