waplog

“Mini-LED” ekranlı yeni “MacBook Pro” noutbukları ilin sonunda buraxılacaq


Bu yaxınlarda nümayiş etdirilən “iPad Pro” planşeti üçün “Mini-LED” matrisalarının istehsalında iştirak edən əsas “Apple” tədarükçülərindən biri yeni “MacBook Pro” noutbukarı üçün 14 və 16 düymlük panellərin istehsalı ilə bağlı problemləri həll edib. Bu səbəbdən noutbukların nəzərdə tutulan vaxtda buraxılacağı planlaşdırılır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, “Mini-LED” matrisaları üçün işıqlar istehsal edən “TSMT” şirkəti bir müddət əvvəl “Mini-LED” panellərində çap plataları və yapışdırılan materiallarla əlaqədar məhdudiyyətlərlə üzləşib. Bu komponentlərin tədarükçüsü əvəzləndikdən sonra şirkət mövcud problemləri həll edib və “Apple” korporasiyasının keyfiyyət tələblərinə cavab verən panellərin buraxılışını təşkil edib. Beləliklə, “Apple” tərəfindən yeni mobil kompüterlər nəzərdə tutulan vaxtda buraxılacaq.

 

14 və 16 düymlük “MacBook Pro” noutbuklarının ilin sonunda təqdim olunacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL