waplog

Kənd poçt şöbələri də beynəlxalq pul köçürmələri sisteminə qoşulur


“Azərpoçt”MMC yeni bir layihə həyata keçirməyə başlayıb. Müəssisədən verilən məlumata görə, artıq kənd poçt şöbələri də beynəlxalq pul köçürmələri sisteminə qoşulur.

Belə ki, bütün rayon mərkəzlərinin qoşulduğu  “Western Union” pul köçürmələri sistemi artıq bəzi rayonlarda kəndlərdə istifadəyə verilib.

Xaçmaz, Quba,Göyçay,Ağcabədi,Ucar,Yevlax, Şəki, Şamaxı rayonlarının kəndlərinin böyük bir hissəsi bu sistemə qoşulub. 

Qeyd edək ki, vətəndaşlar poçt şöbəsinin imkanlarından istifadə etməklə bu sistem vasitəsilə dünyanın 200 ölkəsi ilə sürətli pul mübadiləsi edə bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL