waplog

“WhatsApp” messencerində pulköçürmə funksiyası daha bir ölkədə əlçatan olub


“Facebook” şirkəti daha bir ölkədə “WhatsApp” messenceri üzərindən pulköçürmə funksiyasını əlçatan edib. İndi yalnız Hindistan sakinləri deyil, həmçinin Braziliya vətəndaşları bu imkandan yararlana bilərlər. Amma “WhatsApp Pay” funksiyası hələ ki istifadəçilərin bir hissəsinə əlçatandır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, messencerin nümayəndələri bildiriblər ki, yaxın vaxtlarda daha çox istifadəçi yeni funksiyaya giriş imkanı əldə edəcək. “9to5Mac” nəşri yazır ki, pulköçürmə sisteminin daxilində komissiya yoxdur.

 

“WhatsApp Pay” funskiyasında yeganə məhdudiyyət pul köçürülməsinə qoyulmuş limitdir. İstifadəçi bir dəfəyə 184 dollardan çox pul göndərə bilməz. Pul köçürülməsi və qəbulu üçün aylıq limit 920 dollardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL