waplog

İran məhsularlığı bir neçə petaflops olan superkompüter hazırlayıb


İran məhsuldarlığı bir neçə petaflops (saniyədə kvadrillion əməliyyat) olan öz superkompüterini sınaqdan keçirib. Bu haqda İranın Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azari Cəhromi "Twitter"də öz səhifəsində məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "nauka.tass.ru" saytına istinadən yazır ki, "lazımi hesablama imkanlarını təmin etmək üçün İran gəncləri məhsuldarlığı bir neçə petaflops təşkil edən "Simurq" superkompüterini hazırlayıblar və sınaqdan keçiriblər – nazir deyib. Tezlik rəsmi təqdimatı keçiriləcək".

 

Quşların şahı olan simurq İran mifologiyasında fantastik varlıq hesab edilir.

 

İran 10 ildən çoxdur ki öz superkompüteri üzərində işləyir, hələ 2000-ci illərin əvvəllərində ilk modellər haqqında məlumat verilmişdi, ancaq məhsuldarlığı bir neçə petaflops olan superkompüter haqqında informasiya ilk dəfədir ki səslənir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL