waplog

Bloklanan “Apple” mobil proqramlarının sayı açıqlanıb


“Apple” şirkəti 2020-ci ildə bir molyona yaxın mobil proqramı bloklayıb. Bu barədə şirkətin saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Apple” moderatorları tərəfindən “App Store” mağazasında mövcud olan 1,8 milyon mobil əlavə diqqətlə yoxlanılıb. Bundan başqa, servis administrasiyası tərəfindən yeniləmələrin buraxılışına nəzarət həyata keçirilir. Bununla əlaqədar ötən il proqramların yerləşdirilməsi ilə bağlı bir milyona yaxın təklif rədd edilib və təxminən eyni sayda yeniləmə bloklanıb.

 

Sənədə görə, 215 min proqram istifadəçilərin həddindən artıq şəxsi məlumatlarını topladığına görə ləğv edilib. 150 min mobil əlavə mövcud servislərin funksiyalarını təkrarlaması səbəbindən rədd olunub, 95 min proqram fırıldaqçılığa görə qadağan edilib. 48 min mobil əlavə gizli və sənədləşdirilməyən funksiyaların mövcudluğu səbəbindən silinib. Həmçinin 2020-ci ildə moderatorlar tərəfindən “App Store” qaydalarını pozan 470 min proqram tərtibatçısının hesabı bağlanılıb.

 

Tim Kukun rəhbəri olduğu şirkətin nümayəndələrinin sözlərinə görə, pul oğurluğu ilə bağlı fırıldaqçılıqla effektiv mübarizə aparılıb. Məsələn, 1,5 milyard dollar məbləğində şübhəli tranzaksiya rədd edilib, üç milyondan çox oğurlanmış bank kartı servisdən ayrılıb.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL