waplog

“Mediatek” şirkətinin yeni çipi iki “SİM” kartla təchiz edilmiş smartfonlarda 5G-ni dəstəkləyəcək


Tayvanın “Mediatek” çip istehsalçısı mobil qurğular üçün “Dimensity 900” adlı yeni prosessor təqdim edib. Bu, orta qiymət seqmentinə aid smartfonlara əvvəllər mövcud olmayan funksiyalar əlavə edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, 6 nanometrlik (nm) texnoloji proses üzrə hazırlanmış çip 8 nüvədən ibarətdir. “Dimensity 900” çipinin özəlliyi beşinci nəsil mobil şəbəkələrində iki “SİM” kartla işi dəstəkləməsidir.

 

Bu çiplə təchiz edilmiş qurğular 108 mp-dək təsvir ölçülü kameraları, yeniləmə tezliyi 120 Hs-dək olan ekranları və sürətli yaddaşı dəstəkləyə bilər.

 

“Dimensity 900” ilə təchiz edilmiş smartfonlar hələ ki elan edilməyib, lakin bütün əsas bazar iştirakçıları bu prosessora maraq göstərirlər. İnsayderlərin məlumatına görə, bu platforma ABŞ-ın “Qualcomm” şirkətinin yeni “Snapdragon 768G” prosessoru ilə müqayisədə daha məhsuldardır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL