waplog

Qlobal noutbuk satışı 18 faiz artıb


Dünya noutbuklar bazarında artım koronavirus pandemiyası fonunda davam edir. “Strategy Analytics” şirkətinin məlumatına görə, 2021-ci ilin birinci rübündə dünyada 68,2 milyon noutbuk satılıb ki, bu da ötən ilin birinci rübündən 81 faiz (37,8 milyon noutbuk) çoxdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, analitiklərin sözlərinə görə, noutbuklara tələbat yüksək olaraq qalır, çünki əksər insanlar pandemiya səbəbindən distant işləyir və təhsil alır və yeni qurğulara ehtiyac duyur. Bununla yanaşı, dünyada müxtəlif qurğuların çatışmazlığına və qiymətlərin bahalaşmasına səbəb olan prosessor defisiti hələ ki noutbuklar bazarına təsir göstərməyib.

 

İstehsalçılar arasında bazarda lider birinci rübdə satış həcmi 23,9 faiz (16,3 milyon qurğu) təşkil edən “Lenovo” şirkətidir. İlk beşliyə, həmçinin “HP” (22,6 faiz, 15,4 milyon noutbuk), “Dell” (14,6 faiz, 10 milyon qurğu), “Apple” (8,4 faiz, 5,7 milyon qurğu) və “Acer” (7,2 faiz, 4,9 milyon qurğu) daxildir.

 

Beş ən böyük istehsalçının dünya bazarında ümumi payı 76,8 faizə bərabər olub.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL