waplog

Proqramlaşdırma dilləri üçün süni intellektli tərcüməçi yaradılıb


"IBM" şirkəti "Think 2021" konfransı çərçivəsində süni intellekt əsasında işləyən "CodeNet" adlı alqoritm təqdim edib. O, tərcüməçi rolunda çıxış edərək proqramlaşdırma dillərinin uyğunsuzluğu ilə bağlı problemi həll edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, mürəkkəb generativ "CodeNet" sisteminin əsas xüsusiyyəti məlumatları bir proqramlaşdırma dilindən digərinə birbaşa tərcümə etməklə kodun ayrı-ayrı hissələrini və hətta bütün layihələri yaratmaq bacarığına malik olmasındadır. Məsələn, istifadəçi darçərçivəli spesifik senarilərdə istifadə olunan köhnə dillərdən birini və ya bir neçəsini bilir. İndi onun yenidən təhsil səviyyəsini artırmasına ehtiyac yoxdur, çünki tərcüməni onun əvəzinə süni intellekt edəcək.

 

"IBM" nümayəndələrinin sözlərinə görə, "CodeNet" 14 milyon kod fraqmenti və ya 500 milyon sətir üzərində öyrədilib və "COBOL", "FORTRAN", "Java, C " və "Python" daxil olmaqla təxminən 55 köhnə və yeni proqramlaşdırma dillərini tərcümə edə bilir. Süni intellektin işinin səmərəliliyi, eləcə də alqoritmin son faylların ölçüsünü artırmadan yeni dilləri köhnə koda çevirdikdən sonra optimallaşdıra biləcəyi barədə məlumat verilmir.

 

Tərcümə funksiyasından başqa metaməlumatlar əldə etmək və proqramın ayrı-ayrı hissələrini işə salmaqla generativ modellərin düzgünlüyünü yoxlamaq mümkündür. Bu, kod hissələrini birbaşa müqayisə etmək sayəsində tərcüməyə nəzarəti həyata keçirməyə imkan verəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL