waplog

“Windows 10X” sisteminin buraxılışı dayandırılıb


“Microsoft” korporasiyası “Windows 10X” əməliyyat sisteminin buraxılışından imtina edib. Bu barədə “Digital Trends” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər mütəxəssis Bred Samsın hesabatına istinad edirlər. Sənədə görə, korporasiya “10X” layihəsinin genişləndirilməsini dayandırıb. Əməliyyat sisteminin yeni versiyasından imtinaya əsas səbəb kimi onun əsas funksiyalarının “Windows 10” sisteminin funksiyaları ilə eyni olması göstərilir. Mütəxəssisin fikrincə, korporasiya seriyada iki oxşar məhsulun mövcudluğunda məna görmür.

 

“Windows” mövzusunda ixtisaslaşan bloger Zak Boudenin məlumatına görə, “10X” layihəsi fevraldan hazırlanmır və test edilmir. Bu, “Microsoft”un yeni əməliyyat sistemi üzərində işi dayandırmasından xəbər verə bilər. Həmçinin müəlliflər qeyd edib ki, korporasiyanın serverində “Windows 10X” sisteminin əvvəlki mövcud beta versiya nümunələri ləğv edilib.

 

B.Sams vurğulayıb ki, yeni “10X” funksiyaları – məsələn, proqram konteynerləri və yenilənmiş istifadəçi interfeysi elementləri klassik “Windows 10” versiyasında mövcud olacaq. Mütəxəssisin qənaətinə görə, “Windows 10X” sisteminin tezliklə satışa çıxarılacağını gözləməyə dəyməz.

 

“Windows” sisteminin xüsusi buraxılışı əvvəlcə ikiekranlı qurğular, məsələn, “Surface” hibrid noutbukları üçün nəzərdə tutulmuşdu. Lakin sonradan korporasiya əməliyyat sisteminin versiyasının hazırlanmasını aşağı məhsuldarlığa malik kompüterlər üçün prioritet elan edib.

 

“Windows 10X” sisteminin buraxılışı yaza planlaşdırılsa da, martda təqdimatın ilin ikinci yarısına təxirə salınması məlum olub. Əvvəlcə “Microsoft” sistemi 2020-ci ilin yazında nümayiş etdirməyə hazırlaşırdı, lakin hazırlanmada problemlərlə əlaqədar olaraq nümayiş ilin sonuna ertələnib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL