waplog

Televizorlar kəskin bahalaşıb


Yarımkeçiricilər çatışmazlığı televizorlar bazarında qiymət artımına səbəb olub. Bu barədə “Wired” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər “NPD” şirkəti tərəfindən aparılan tədqiqata istinad edirlər. Şirkət mütəxəssislərinin sözlərinə görə, böyük diaqonallı televizorların qiyməti il ərzində təxminən 30 faiz artıb. Bahalaşma mikrosxem və digər komponentlərin defisiti ilə əlaqədardır. Öz növbəsində çatışmazlıq koronavirus pandemiyası – komponent istehsalının dayandırılması və texnikaya yüksək tələbatla izah olunur.

 

Ən çox qiymət artımı köhnələn istehsal xətləri əsasında yaradılan məhsullara aiddir – istehsalçılar zavodların genişləndirilməsinə investisiya qoyuluşunda maraqlı deyillər. Lakin digər qurğuların da bahalaşması qaçılmazdır. “Ekrana malik bütün qurğular bahalaşacaq”, – “Omdia” analitik şirkətinin istehlakçı qurğularının tədqiqatı üzrə baş direktoru Pol Qanon qeyd edib.

 

Pərakəndə satış nöqtələrinin nümayəndələri televizor və digər texnikanın qiymətinin bahalaşmasını təsdiq ediblər. Məsələn, “Monoprice” elektronika mağazaları şəbəkəsindən bildirilib ki, müxtəlif qurğuların tədarükündə azalma hiss olunur. Lakin şirkət rəhbərliyi qiyməti artırmağa təsləsməsə də, satış aksiyalarını müvəqqəti olaraq dayandırmağı düşünür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL