waplog

“IFA 2021” sərgisi pandemiyaya görə təxirə salınıb


İllik “IFA” elektronika sərgisinin təşkilatçıları tərəfindən tədbirin 2021-ci ildə keçirilməsinin ləğv olunması açıqlanıb. Bununla bağlı qərarın qəbul edilməsinə səbəb kimi davam edən koronavirus pandemiyası və qlobal vaksinasiya proqramlarının həyata keçirilməsi templərində qeyri-müəyyənlik göstərilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, bundan başqa, sərginin keçirildiyi “Messe Berlin” Ekspo Mərkəzi hazırda qismən vaksinasiya və təxirəsalınmaz tibbi yardım məntəqəsi kimi istifadə olunur. Həmçinin Almaniyada yoluxma səviyyəsi yüksək olaraq qalır və onun nə vaxtadək davam edəcəyi naməlumdur.

 

“Tərəfimizdən bu qərar birmənalı qarşılanmayıb. Çünki “IFA Berlin” həm brendlər, həm də pərakəndə satıcılar üçün ilin ən vacib hadisəsidir. Sərgi sahə üzrə istehsalçıları, KİV-i və real istehlakçıları birləşdirir”, – mərkəzin baş direktoru Martin Ekinq qeyd edib.

 

“IFA” təşkilatçıları sərginin növbəti ildə tam miqyasda keçiriləcəyinə əmin olaraq artıq onun planlaşdırılmasına başlayıblar. Tədbirin 2021-ci ildə onlayn rejimdə keçiriləcəyi ilə bağlı məlumat hələ ki verilmir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL