waplog

Hindistan “WhatsApp”dan yeni qaydaları ləğv etməyi tələb edib


Hindistan “WhatsApp”dan istifadəçi siyasəti (“Facebook” sosial şəbəkəsi reklam hədəfi üçün messencerin auditoriyasının məlumatlarından istifadə edə bilər) üzrə tətbiq edilmiş dəyişiklikləri ləğv etməyi tələb edib. Məmurlar şirkətə gələn həftənin ortasınadək vaxt veriblər, əks halda hansısa addım atılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, xatırladaq ki, “WhatsApp”ın yeni istifadəçi razılaşması mayın 15-dən qüvvəyə minib. İstifadəçi bu qaydalarla razılaşdığı halda “Facebook” mesajlara deyil, meta-məlumatlara giriş əldə edir.

 

Bütün bunlar sosial şəbəkənin reklam “maşın”ına insanın portretini olduqca dəqiq çizməyə imkan verir. Hindistanda 450 milyon nəfər “WhatsApp”dan, 300 milyon isə “Facebook”dan istifadə edir. Yəni yeni qaydalar bu ölkədə “Facebook” tərəfindən emal edilən məlumatların həcmini ən azı 1,5 dəfə artıracaq.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL