waplog

Mütəxəssislər milyonlarla “Android” smartfonuna müdaxilə olunması haqqında xəbərdarlıq ediblər


“Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən təxminən 100 milyon qurğu istifadəçisinin məlumatları “Google Play” proqramlar mağazasında bir neçə populyar mobil tətbiqdə aşkar edilmiş səhv üzündən sızıb. Kibertəhlükəsizlik məsələlərinin araşdırılması ilə məşğul olan “Check Point Software Technologies” şirkətinin tədqiqatçıları belə qənaətə gəliblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, araşdırmaya görə, 23 populyar mobil tətbiq “bulud” məlumat bazaları ilə natamam sinxronlaşdırmaya görə istifadəçi məlumatlarını yanlış emal edirmişlər. Məsələn, “Astro Guru”, “iFax” və “Screen Recorder” proqram təminatları buna nümunə göstərilə bilər.

 

Aşkar edilmiş səhv şəxsi məlumatların (telefon nömrələri, brauzerin tarixçəsi, olduğu yer və digər) sızmasına səbəb ola bilərdi.

 

Tədqiqatçılar qeyd edirlər ki, bu problem hələ də əksər proqramlarda aradan qaldırılmayıb. İstifadəçilərə təhlükəli proqram təminatını silmək tövsiyə edilib.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL