waplog

Telekommunikasiya xidmətləri bazarının həcmi dəyişməz qalıb


Dünya telekommunikasiya xidmətləri, o cümlədən ödənişli televiziya bazarının həcmi 2020-ci ilin yekunları üzrə 1,53 trilyon dollara çatıb ki, bu da ötən ilin göstəricisinə uyğundur. Bu barədə “International Data Corporation” (IDC) şirkətinin tədqiqatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm.” resursuna istinadən yazır ki, 2019-cu ildə bazarda 8 faizlik cüzi artım müşahidə olunub. 2020-ci ildə “COVID-19” koronavirus pandemiyasının böyük təsir göstərməsi səbəbindən ilk yarımildə istifadəçilərin xərcləri və operatorların abunəçi bazası xeyli azalıb. Azalma ölkə hakimiyyətləri tərəfindən infeksiyanın yayılması ilə mübarizə üçün tətbiq edilən məhdudiyyətlər, eləcə də insanları ikinci dərəcəli məhsul və xidmətlərə az vəsait sərf etməyə məcbur edən ümumi pessimizim və narahatlıq səbəbindən baş verib.

 

2020-ci ilin ikinci yarısında iqtisadiyyatın dəstəklənməsi üçün görülən tədbirlər və əhalinin vaksinasiyası sayəsində telekommunikasiya xidmətlərinə tələbat bərpa olunub. Bərpa edilən optimizm qlobal və regional bazarlara birinci yarımillikdə qeydə alınan itkiləri kompensasiya edərək 2019-cu ilin nəticələrinə yaxınlaşmağa kömək edib.

 

Tədqiqata görə, pandemiya uzun müddət telekommunikasiya bazarında vəziyyəti müəyyənləşdirən tendensiyaları kəskin dəyişib. Stasionar rabitə xidmətləri istehlakçılar üçün qəfildən internetə qoşulmaq üçün ən vacib vasitəyə çevrildi. Buna səbəb kimi bu xidmətlərin istehlakçılara ev şəraitində işləməyə, təhsil almağa və əylənməyə kömək etməsi göstərilir.

 

2020-ci ildə mobil rabitə bazarında da əsasən kontraktların gec uzadılması, paketdən kənar xərclərin azaldılması və operatorların rouminqdən gəlirlərinin kəskin aşağı düşməsi səbəbindən xərclərin azalması müşahidə olunub.

 

Ən böyük regional telekommunikasiya xidmətləri bazarı kimi Şimali və Cənubi Amerika ölkələri olaraq qalıb. Burada bu servislər üçün xərclərin həcmi 2020-ci ilin yekunları üzrə 583 milyard dollar təşkil edib ki, bu da bir il əvvəldən 7 faiz çoxdur. Asiya-Sakit okean regionunda şirkətlərin və istehlakçıların rabitə xidmətləri üçün xərcləri 482 milyard dollar olmaqla dəyişməz qalıb, EMEA (Avropa, Yaxın Şərq, Afrika) regionunda isə onlar 8 faiz azalaraq 467 milyard dollar təşkil edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL