waplog

“Honor” smartfon istehsalçısı “Google” şirkəti ilə əməkdaşlığı bərpa edib


Bu yaxınlaradək “Huawei” şirkətinin tərkibində brend olan, hazırda isə müstəqil fəaliyyət göstərən “Honor” smartfon istehsalçısı “Google” servislərinin öz qurğularına qayıtmasını rəsmən bəyan edib. Bu hadisə “Honor” məhsullarının son aylarda kəskin azalmış satışını canlandıra bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, “Huawei” 2020-ci ilin noyabrında “Honor” brendli smartfonların buraxılışına cavabdehlik daşıyan bölməsini “Shenzhen Zhixin New Information Technology” şirkətinə satıb. Çin istehsalçısı bu addımı “Honor” brendini ABŞ sanksiyaları altından çıxarmaq üçün atıb. Belə ki, tətbiq edilən sanksiyalar səbəbindən bölmə smartfonların satışı üçün vacib komponentləri əldə etmək imkanından məhrum olub. Məsələn, məhdudiyyətlər “Honor” brendinə “Google” proqramlı “Android” əməliyyat sistemindən istifadəyə imkan verməyib.

 

“Gizchina” nəşrinin məlumatına görə, “Huawei” şirkətindən ayrıldıqdan sonra “Honor” smartfonlar üçün prosessor tədarükçüləri ilə kontraktların bərpası ilə məşğul olub. Brend “Google” ilə şirkətin servislərinin yer aldığı “Android” sistemindən istifadə, eləcə də prosessorların tədarükü ilə bağlı “Qualcomm” ilə razılığa gəlib.

 

“Google” proqramlarının bərpası “Honor 50”, “Honor 50 Pro” və “Honor 50 Pro ” modellərinin daxil olacağı “Honor 50” seriyasından başlayacaq.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL