waplog

Bu il dünya yarımkeçiricilər bazarında 11 faiz artım gözlənilir


2021-ci ildə dünya yarımkeçiricilər bazarının həcmi təxminən 11 faiz artaraq 488 milyard dolları ötəcək. Bu barədə Tayvanın “Market Intelligence & Consulting Institute” (MIC) tədqiqat agentliyinin mütəxəssislərinin proqnozunda deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm.” resursuna istinadən yazır ki, artım dinamikası illik 12,7 faiz artım tempində olmaqla 2022-ci ildə də davam edəcək. Artıma əsasən noutbuklar, beşinci nəsil mobil rabitə şəbəkələri, yüksək məhsuldarlıqlı hesablamalar (HPC) və avtomobil elektronikasına yüksək tələbat kömək edir.

 

Agentliyin analitiki Kay-an Çenqin sözlərinə görə, elektronika satışlarına artan tələbat fonunda logistik mikrosxemlərə tələbat son vaxtlar yüksəlib.

 

Bununla yanaşı, ekspertlər xəbərdarlıq edir ki, qlobal prosessor çatışmazlığı 2021-ci ildə güclənir. Problem artıq təkcə sifarişçilərin texniki sənədlərə görə istehsalı (IC Foundry) sektoruna deyil, mikrosxemlərin yığılması və test edilməsi kimi digər istiqamətlərə təsir göstərir. Mütəxəssislər qeyd edir ki, yarımkeçirici istehsalçılarında sifarişlərin yerinə yetirilməsi müddəti xeyli artıb və gələcəkdə artmaqda davam edəcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL