waplog

“LG” şirkəti smartfon istehsalını tamamilə dayandırıb


2021-ci il mayın 31-i "LG" şirkətinin mobil bölməsinin tarixində son gün oldu. Şirkət artıq smartfon və planşet istehsalını rəsmən dayandırıb, Vyetnamda yerləşən yeganə ixtisaslaşdırılmış zavod məişət texnikasının quraşdırılması ilə məşğul olacaq.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, satışa çıxarılmayan "Velvet 2 Pro" və "LG Rollable" cihazları "LG" şirkətinin tarixinə son smartfonlar kimi düşüblər. Şirkət bir neçə min buraxılmış smartfon modelini Cənubi Koreyada öz əməkdaşlarına satır.

 

Vyetnamda yerləşən zavod 2015-ci ildən "LG"nin mobil elektronikasının istehsalı üçün əsas olub. Orada smartfonlardan başqa kamera modulları, ekranlar və böyük məişət texnikası hazırlanır.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL