waplog

“Xiaomi HyperCharge” texnologiyası smartfonu 8 dəqiqəyə enerji ilə doldurur


"Xiaomi" şirkəti iki müasir "HyperCharge" enerjidoldurma texnologiyasını təqdim edib. Simli modul 200 vatt, simsiz isə 120 vatt gücünü təmin edir. Onların hər ikisi bir neçə dəqiqəyə smartfon və digər texnikanı enerji ilə doldurur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, 200 vatt gücündə yeni "Xiaomi" simli enerjidoldurma qurğusu 4 min milliamper/saat tutumlu batareyanı 8 dəqiqəyə enerji ilə doldura bilir. Simsiz "HyperCharge" qurğusu isə analoji akkumulyatoru 15 dəqiqəyə enerji ilə dolduracaq.

 

İstehsalçı qurğunun "Mi 11 Pro" smartfonunda işləməsini nümayiş etdirən video dərc edib. Smartfon üç dəqiqə ərzində tam doldurma üçün tələb olunan enerjinin 50 faizi, 8 dəqiqəyə isə 100 faizi ilə təmin olunur.

 

Videoda, həmçinin smartfonun enerji ilə simsiz doldurulması nümayiş olunur. Batareyanın 10 faiz doldurulması 1 dəqiqə, 50 faizi isə 7 dəqiqə çəkir.

 

"Xiaomi" şirkəti texnologiyanın hazır məhsulda nə vaxt tətbiq ediləcəyi barədə məlumat vermir.

 

Nizam Nuriyev

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL