waplog

Növbəti ildən “iPad” planşetlərinə “OLED” ekranları quraşdırılacaq


“Apple” şirkəti bir sıra “iPad” planşetlərini “OLED” ekranlarına keçirəcək. Yeni qurğuların buraxılışı 2022-ci ilə planlaşdırılır. Bu barədə “ETNews” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, məlumata görə, üzvi işıq diodları əsasında keyfiyyətli displeylər ilə kiçik modellər təchiz ediləcək. Bu “iPad” modelləri maye kristallar əsasında texnologiyadan istifadə etməyən ilk “Apple” planşetləri olacaq.

 

Ötən ay şirkət “Liquid Retina XDR” ekranlı 12,9 düym diaqonallı “iPad Pro” planşetlərini təqdim edib. Əsas innovasiya “mini-LED” işqıqlandırma sistemi olub: hər ekranda ümumilikdə 10 minə yaxın kiçik işıq diodu istifadə olunub. Bu, görüntünün müxtəlif hissələrinin parlaqlığına daha dəqiq nəzarət etməyə imkan verərək kontrastlığı və ümumi parlaqlığı artıracaq.

 

Yeni “iPad” planşetləri üçün “OLED” ekranların tədarükçüləri qismində “Samsung” və “LG” şirkətlərinin çıxış edəcəyi gözlənilir. KİV-in məlumatına görə, hazırda şirkətlər gələcək “iPhone 13” smartfonu üçün üzvi panellər üzərində çalışırlar.

 

“Apple” şirkəti “OLED” displeylərdən qabaqcıl “iPhone” modellərində və “Apple Watch” “ağıllı” saatlarında olmaqla iki məhsulda istifadə edir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL