waplog

“Samsung Galaxy Z Fold3” smartfonlarının kütləvi istehsalına başlanılıb


“Samsung” şirkəti qatlanan ekranlı gələcək “Galaxy Z Fold3” smartfonunun kütləvi istehsalına başlayıb. Bu barədə Almaniyanın “WinFuture” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, Cənubi Koreyanın elektronika istehsalçısı artıq yeni qabaqcıl model üçün lazım olan bütün əsas komponentləri satın alıb. Bu isə qurğunun yaxın vaxtlarda təqdim ediləcəyindən xəbər verir. “Samsung” tərəfindən iyulda iki yeni “Galaxy Z Fold3” və “Galaxy Z Flip3” smartfonunun nümayiş olunacağı gözlənilir. Blogerlərin sözlərinə görə, “Galaxy Z Flip3” smartfonunun istehsalına hələ başlanılmayıb.

 

Nəşr, həmçinin qeyd edir ki, şirkət çoxsaylı defektli məhsulların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür və əvvəlcə məhdud sayda qurğu istehsal edəcək.

 

“Galaxy Z Fold3” smartfonu 120 giqahers yeniləmə tezlikli, “S Pen” və ekran altında 16 meqapikselli ön kamera dəstəkli 7,55 düym diaqonallı bükülən “AMOLED” ekranla təchiz ediləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL