waplog

Dünyada ən güclü smartfon hansıdır?


"AnTuTu" saytı may üzrə ən məhsuldar smartfonları açıqlayıb. "Android" əməliyyat sistemli ən məhsuldar smartfonlar onluğunu "Snapdragon 888" prosessoruna malik modellər təşkil edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "RIA Novosti" resursuna istinadən yazır ki, ən güclü smartfon "Black Shark 4 Pro" seçilib. "Xiaomi" subbrendinin smartfonu testdə 830 min bal toplayıb. Ümumiyyətlə, reytinqə daxil olan bütün smartfonlar "Qualcomm" şirkətinin "Snapdragon 888" prosessoru ilə təchiz edilib və böyük (12/256 giqabayt) yaddaş tutumu ilə seçilir. Qalib və autsayder arasında fərq 30 min bala yaxındır.

 

Orta qiymət kateqoriyasında smartfonlar reytinqi daha rəngarəng olub – mayın yekunları üzrə "Snapdragon 780G" prosessorlu "Xiaomi Mi 11 Lite 5G" ən güclü model adına layiq görülüb. İkinci mövqedə isə "MediaTek Dimensity 820" çipinə malik "Redmi 10X Pro 5G" smartfonu qərarlaşıb. Bu model ötən ilin iyunundan ən məhsuldar smartfonlar arasında yer alıb.

 

Saytın qiymətləndirməsinə görə, hazırda ən məhsuldar mobil qurğu "Apple" şirkətinin "M1" çipinə malik "iPad Pro 12.9" (2021) planşetidir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL