waplog

Məşhur şirkətlər vahid brauzer genişləndirməsi platforması yaradacaq


Əsas brauzerlərin tərtibatçıları qismində çıxış edən “Apple”, “Google”, “Microsoft” və “Mozilla” şirkətləri ümumi brauzer genişləndirməsi platformasının yaradılması və inkişafı üçün səyləri birləşdiriblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Digger” resursuna istinadən yazır ki, bu yaxınlarda yaradılan “WebExtensions Community Group” qrupu tərtibatçılar üçün vahid nüvəli və tətbiqi proqramlaşdırma interfeysinə (API) malik genişləndirmələrin yaradılması prosesini sadələşdirəcək.

 

Əksər əsas brauzerlər “Chromium” proqramından istifadə etdiyi halda “Apple” tərtibatçılar üçün yeni köçürmə alətləri vasitəsilə “Safari” plaginlər ekosistemini genişləndirməyə çalışır. Hazırda “iPhone” istehsalçısı “Chrome”, “Edge” və “Firefox” komandaları ilə birlikdə proqram genişləndirmələrinin məhsuldarlığını artıracaq və zərərli plaginlərin yaranmasının qarşısını alacaq spesifikasiya üzərində çalışır.

 

Qrupun nizamnaməsi ilə “WECG” və “GitHub” saytlarında tanış olmaq mümkündür.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL