waplog

“5G” dəstəkli ən ucuz smartfon təqdim olunub


“Samsung” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən “Galaxy A22” smartfonunu təqdim edib. Bu barədə “XDA Developers” nəşri məlumat yayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, qurğu plastik korpus, 90 giqahers tezlikli 6,6 düymlük “IPS” ekran, “5G” dəstəkli “MediaTek Dimensity 700” prosessoru, 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. Smartfon 48, 5 və 2 meqapikselli obyektivə malik üçlü kamera, yan düyməyə quraşdırılan daktiloskopik sensor, 15 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyən 5 min milliamper/saat tutumlu akkumulyatorla buraxılıb.

 

“Samsung Galaxy A22” smartfonu “Android 11” əməliyyat sistemi ilə tədarük edilir. Jurnalistlərin sözlərinə görə, təqdim edilən model “5G” dəstəkli ən ucuz smartfondur. Qurğunun qiyməti konkret bazardan asılı olacaq. Məsələn, Avropada smartfonun 64 giqabaytlıq quraşdırılmış yaddaşa malik əsas versiyasının qiyməti 229 avro, 128 giqabaytlıq versiyasının 249 avro təşkil edəcək.

 

Həmçinin “Samsung” şirkəti smartfonun “4G” şəbəkələrində işi dəstəkləyən sadələşdirilmiş versiyasını nümayiş etdirib. O, əsas versiyadan 6,4 düymlük “OLED” ekranın və “MediaTek Helio G80” prosessorunun mövcudluğu ilə seçilir.

 

“Strategy Analytics” agentliyinin məlumatına görə, “Samsung” şirkəti 2021-ci ilin yekunları üzrə ən böyük smartfon tədarükçüsü olub. Qeyd olunan müddət ərzində Cənubi Koreya istehsalçısı dünya bazarına 77 milyon qurğu tədarük edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL