waplog

“Huawei” elektromobillərlə məşğul olacaq şirkət yaradıb


“Huawei” korporasiyası elektromobillər və onlarla əlaqədar obyektlərə aid yeni texnologiyaların tədqiqi və hazırlanması ilə məşğul olacaq “Huawei Digital Energy Technology Co Ltd” adlı yeni elmi tədqiqat şirkəti təsis edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Huawei Digital Energy Technology Co Ltd” yeni enerji texnologiyaları, enerji bərpa sistemləri, elektromexanik rabitə sistemləri, yeni batareyalar və s. sahələrdə tədqiqat və işləmələrin təşkili üzərində çalışacaq. Şirkət 100 faiz “Huawei Technologies” tərəfindən idarə olunur və təxminən yarım milyard dollarlıq qeydiyyata alınmış kapitala malikdir.

 

“Huawei” korporasiyası “Huawei Digital Energy Technology Co Ltd” şirkətini diqqəti karbon neytrallığı nailiyyətlərinə yönəltmək məqsədilə təsis edib. Müxtəlif nəhəng texnoloji şirkətlər dünyanın getdikcə böyük şirkətlərin karbon izlərinin təsirinə daha çox məruz qalmasına görə ekoloji səbəblər baxımından karbon tullantılarının azaldılması üzərində çalışırlar. Bundan başqa, bu yaxınlarda yaradılan şirkət korporasiyanın avtomobil bazarında fəaliyyətinin genişləndirilməsi ilə bağlı planlarında növbəti addımdır.

 

“Huawei” digər avtomobil istehsalçıları və istehlakçılar üçün müxtəlif avadanlıq və proqram təminatı buraxır. İndi korporasiya elektromobillərlə əlaqədar zavodların yaradılması üzərində çalışır və bazara yeni texnologiyalar təklif etmək üçün tədqiqat və işləmələrlə məşğul olur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL