waplog

“macOS Monterey” sistemi “Apple” kompüterlərinin işini sürətləndirəcək


“macOS Monterey” əməliyyat sisteminin yeni versiyası bir sıra dəyişikliklərlə təchiz ediləcək. “Apple” şirkətinin nümayəndələrinin “WWDC 2021” konfransında verdiyi məlumata görə, bu, “Mac” kompüterlərinin işini daha məhsuldar edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, “Apple” kompüterlərinə istifadəçilərə gündəlik vəzifələri avtomatlaşdırmğa və maksimum səmərəli işləməyə kömək edəcək “sürtəli komandalar” funksiyası quraşdırılacaq. Həm “iPhone” smartfonlarının, həm də “iPad” planşetlərinin malik olacağı funksiya daha çox istifadə edilən proqramlarda əməliyyatları tez yerinə yetirməyə imkan verəcək. “Mac” kompüterləri üçün məxsusi olaraq böyük hazır əməliyyatlar kataloqu hazırlanacaq.

 

“macOS Monterey” əməliyyat sistemində “iOS 15” sistemində olduğu kimi “Fokuslaşdırma” funksiyası yaradılıb. O, istifadəçilərin diqqətini yayındırmadan hazırkı əməliyyatlarla bağlı olmayan bildirişləri avtomatik filtrasiyadan keçirməyə kömək edəcək. “iPhone” smartfonları kimi, “Mac” kompüterlərinə yenilənmiş “FaceTime” quraşdırılacaq.

 

“Fasiləsizlik” funksiyasının smartfon və planşetlərlə işi yeni səviyyəyə çıxaracağı gözlənilir. O, “siçan” və klaviaturadan istifadə edərək əvvəlcədən quraşdırmalar etmədən “Mac” və “iPad” arasında sərbəst keçid etməyə imkan verəcək.

 

“Mac” kompüterlərini iyulda – “macOS Monterey” əməliyyat sisteminin beta versiyası istifadəyə verildikdən sonra yeniləmək mümkün olacaq. Əməliyyat sisteminin yeni versiyasının buraxılışı 2021-ci ilin payızına planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL