waplog

“Nokia” şirkəti ucuz smartfon təqdim edib


"Nokia" şirkəti tərəfindən satışa çıxarılmış "C01 Plus" adlı yığcam smartfon "HD " təsvir ölçülü 5,45 düymlük ekrana malikdir və "Android Go" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Yeni smartfona 5 meqapiksellik əsas kamera və selfi kamera quraşdırılıb. Barmaq izləri skanerini üztanıma funksiyasına malik ön kamera əvəz edir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "radiosputnik.ria.ru" saytına istinadən yazır ki, şirkətin saytındakı məlumata görə, möhkəm korpusa malik yeni smartfon gündəlik istifadə üçün nəzərdə tutulub. "4G" texnologiyasını dəstəkləyən "C01 Plus" aparatı uzun müddət avtonom işləyə bilir. 1 QB əməli yaddaşa və 16 QB daxili yaddaşa malikdir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL