waplog

“Samsung” şirkəti “6G” mobil şəbəkələr standartını təqdim edəcək


Cənubi Koreyanın “Samsung” şirkəti yaxın vaxtlarda altıncı nəsil (6G) mobil şəbəkələr standartını təqdim edə bilər. Bu barədə “Korea Times” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, texnologiya nəhəngi iyunun 22-də "Unleashing the full power of 5G" adlı tədbirini keçirəcək. Məlumata görə, Cənubi Koreya şirkəti “5G” ilə bağlı yeni hazırlamalarını təqdim etməklə yanaşı, həmçinin “növbəti nəsil şəbəkələrinin inkişafında lider”liyini də nümayiş etdirəcək.

 

2019-cu ildə “Samsung Advanced Communications Research Center” bölməsi “6G” mobil şəbəkəsi üzərində işlərə başlayıb. Ötən il Cənubi Koreya şirkəti tərəfindən dərc edilmiş "6G: The Next Hyper-Connected Experience" adlı sənəddə növbəti nəsil şəbəkələrin əsas prinsipləri təsvir edilib.

 

Yeni nəsil mobil şəbəkələr saniyədə 1 TB-dək qoşulma sürətini təmin etməlidir. “6G” mobil şəbəkəsi mövcud “5G” şəbəkəsi ilə müqayisədə məlumatların yüklənməsini 50 dəfə sürətləndirəcək, həmçinin gecikməni 10 dəfə azaldacaq. Sözügedən texnologiyanın 2028-ci ildən sonra tətbiqinə başlanılacağı gözlənilir.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL