waplog

Fırıldaqçı proqramlardan ziyan 265 milyard dolları ötəcək


“Cybersecurity Ventures” şirkətinin kibertəhlükəsizlik sahəsi üzrə ekspertləri fırıldaqçı proqramlarla əlaqədar insidentlərdən ziyanın nəzarətdən çıxaraq 2031-ci ildə 265 milyard dolları ötəcəyi ilə bağlı xəbərdarlıqla çıxış ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab.” resursuna istinadən yazır ki, hazırda fırıldaqçı proqramlar potensial baxımdan ən təhlükəli və yayılmış proqram təminatı növlərindəndir. Fırıldaqçı kompüter şəbəkəsinə daxil olduqdan sonra cinayətkarlar faylları şifrləyir, istifadəçilərin çıxışını bloklayır və deşifrə açarı əvəzinə, pul (adətən kriptovalyutada) tələb edirlər.

 

Bundan başqa, fırıldaqçılar hücum zamanı informasiyanı oğurlayaraq özlərinə məxsus xüsusiləşmiş saytlarda dərc etmək və ya onu satmaqla hədə-qorxu gələrək qurbana təzyiqi artırırlar.

 

Mütəxəssislərin proqnozuna görə, fırıldaqçılardan ziyan 2031-ci ilədək artacaq, çünki bu növ kibercinayətkarlıq həm müəssisələrə, həm də istehlakçılara təsir edir.

 

ABŞ Kibertəhlükəsizlik Agentliyinin qiymətləndirməsinə görə, fırıldaqçı proqramlar bu il şirkət və təşkilatlara təxminən 20 milyard dollara başa gələcək ki, bu da 2015-ci ildən 57 dəfə çoxdur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL