waplog

“Samsung”un smartfonlarında öncədən quraşdırılmış casus mobil tətbiqlər aşkar edilib


“Samsung”un smartfonlarında istifadəçiləri izləyən mobil tətbiqlər aşkar edilib. Bu haqda “Bleeping Computer” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Oversecured” şirkətinin təsisçisi və təhlükəsizlik üzrə mütəxəssis Serqey Toşin proqramlarda təhlükəli boşluqları aşkar edib. Boşluğa malik tətbiqlər satışdan öncə “Samsung”un qurğularına quraşdırılmışdı. Onun sözlərinə görə, casus proqramlar SMS mesajların tərkinə baxa və onları hakerlərə göndərə bilirdilər.

 

Mütəxəssisin sözlərinə görə, “Samsung”un mütəxəssisləri artıq ən vacib çatışmazlıqları aradan qaldıran təhlükəsizlik paketi çıxarıblar.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL