waplog

Yaponiya “Apple” və “Google”un fəaliyyətini yoxlayacaq


Yaponiya hökuməti "Apple" və "Google" şirkətlərinin fəaliyyətini antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı araşdıracaq. Bu barədə ölkə rəhbərliyindəki öz mənbələrinə istinadən "The Nikkei" qəzeti məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "gazeta.ru" saytına istinadən yazır ki, "Yaponiyanın əməliyyat sistemləri (ƏS) bazarında "Apple" və "Google"un bazar payları 90%-dən çoxdur. Biz mobil telefon, planşet və başqa qurğu istehsalçıları ilə bağlanmış razılaşmalarla bağlı real vəziyyəti araşdıracağıq" – hökumət rəsmisi deyib.

 

Araşdırma zamanı "Apple" və "Google" şirkətlərinin Yaponiyanın ƏS-i bazarında pozuntuya yol verdikləri aşkar edilsə, bu, Yaponiyada antiinhisar qanunvericiliyinin sərtləşdirilməsinə səbəb ola bilər.

 

"Spotify" xidməti, elektron və səsli kitab distributorlarının mesajları araşdırmanın başlanmasına səbəb olub. Onlar "Apple" tərəfindən "App Store" və "iTunes Store" mobil tətbiqlərində yalnız şəxsi alış-veriş sistemindən istifadəyə məcbur edilmələrindən, həmçinin digər məhdudiyyətlərdən şikayət ediblər.

 

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL