waplog

“Samsung” smartfonlar üçün “LPDDR5 uMCP” yaddaş modullarının kütləvi istehsalına başlayıb


"Samsung Electronics" şirkəti orta və yüksək qiymət seqmentli smartfonlarda istifadə üçün nəzərdə tutulan "uMCP" (UFS-based multichip package) yaddaş modullarının kütləvi istehsalına başlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews " resursuna istinadən yazır ki, modullar bir korpusda "LPDDR5 DRAM" operativ yaddaşını və "UFS 3.1 NAND" fləş-yaddaşını birləşdirir. Bu simbioz mobil qurğuların korpusunun daxilində yerə qənaət etməyə imkan verir.

 

Modullar yüksək məhsuldarlığı təmin edir. Belə ki, operativ yaddaşın buraxılış qabiliyyəti 25 giqabayt/saniyəyə, fləş-yaddaşın isə 3 giqabayt/saniyəyə çatır.

 

Həllər az enerji sərfiyyatı ilə seçilir. Onların ölçüləri 11,5 × 13 millimetr təşkil edir. Modullar əlavə reallıq proqramları, geniş qrafikalı oyunlar və s. ilə iş üçün uyğundur.

 

"Samsung" tərəfindən həllər müxtəlif tutum variantlarında təklif olunacaq. Məsələn, operativ yaddaş tutumu 6-12 giqabayt, fləş-yaddaşın 128-512 giqabayt arasında dəyişir.

 

Yeni "LPDDR5 uMCP" yaddaş modullu ilk smartfonların növbəti ayda satışa çıxarılacağı gözlənilir.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL