waplog

Köhnə “iPhone” smartfonları yenilənib


Köhnə "Apple" smartfonları təcili sistem yeniləməsi ilə təmin olunub. Bu barədə "iClarified" nəşri məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta " resursuna istinadən yazır ki, ABŞ şirkəti qəflətən köhnəlmiş qurğular – smartfon, planşet və pleyerlər üçün sistem yeniləməsi buraxıb. "iOS 12.5.4" yeniləməsi 2013 və 2014-cü illərdə işıq üzü görən "iPhone 5s" və "iPhone 6" və "6 Plus" modelləri üçün buraxılıb. Həmçinin əməliyyat sisteminin xüsusi versiyası "iPad Air", "iPad mini 2" və "iPad mini 3" planşetləri, altıncı nəsil "iPod touch" pleyeri üçün mövcuddur.

 

Qeyd olunan qurğular rəsmi satışda yoxdur və aktual "iOS" versiyaları ilə təchiz edilməyəcək. Təhlükəsizlik yeniləməsi ilə təchiz edilən "iOS 12" sistemi 2018-ci ildə təqdim olunub. Yeniləməyə 32 nəfər üçün "FaceTime" videozənglər funksiyası, "Ekran vaxtı" funksiyası, təcili "Siri" komandaları, "Bildirişlər" funksiyasından kodun avtomatik doldurulması imkanları daxildir.

 

Yeniləmədə təhlükəsizlik sistemi yeniləmələri yer alıb və quraşdırılması tövsiyə olunur.

 

"Apple" şirkəti ilk dəfə deyil, köhnəlmiş qurğular üçün təcili təhlükəsizlik yeniləmələri buraxır. Martın sonunda şirkət "iPhone 5s", "iPhone 6" smartfonları, üçüncü nəsil "iPad mini", birinci nəsil "iPad Air" planşetləri və altıncı nəsil "iPod touch" pleyeri üçün nəzərdə tutulan "iOS 14.4.2" yeniləməsini təqdim edib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL