waplog

Çin 2030-cu ildə Marsdan nümunələrin çatdırılması üzrə missiya buraxacaq


Çin 2030-cu ildə Marsdan nümunələrin toplanılması və Yerə çatdırılması daxil olmaqla bir neçə kosmik missiya buraxmaq niyyətindədir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta." resursuna istinadən yazır ki, Çinin gələcək kosmik proqramına asteroidlərin və Yupiter sisteminin tədqiqi, Marsdan nümunələrin toplanılması və Ayın qütb regionunun öyrənilməsi daxildir.

 

Çin Milli Kosmik İdarəsinin (CNSA) rəsmi nümayəndəsi Syuy Hunlyan Pekində mətbuat konfransında bildirib ki, təxminən 2025-ci ildə Çin bir missiya çərçivəsində yerətrafı orbitdən nümunələrin toplanılması və kometanın tədqiqi üçün zond buraxmaq niyyətindədir. Marsdan nümunələrin qaytarılması və Yupiter sisteminin tədqiqi üzrə missiyaların buraxılışı 2030-cu ilə planlaşdırılır.

 

Həmçinin yaxın beş ildə Çin Ayın mühit şəraitinin və resurslarının öyrənilməsi və Yer peykinin qütb sahəsindən nümunələrin toplanılması üçün "Çanye-6" və "Çanye-7" Ay zondlarını buraxmağa hazırlaşır.

 

Bundan başqa, Çin 2022-ci ilin sonunadək kosmik stansiyanın tikintisini başa çatdıracaq. Burada kosmonavtlar elmi eksperimentlərin aparılması üçün uzun müddət qala biləcəklər. S.Hunlyanın sözlərinə görə, gələcək inkişaf planlarda əsas diqqət, həmçinin böyük yükqaldırma qabiliyyətinə malik raketdaşıyıcılarının, çoxdəfəli kosmik nəqliyyat sistemlərinin və peyk internet şəbəkəsinin hazırlanmasına yönəldiləcək.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL